Türkiyə-Suriya sərhədində gərginlik — Əsgərə "Vur!" əmri verildi

Türkiyə-Suriya sərhədində gərginlik — Əsgərə

05-01-2016 19:07 / Bu xəbər 1809 dəfə oxundu

Türkiyənin Suriya ilə sərhədində baş vermiş növbəti insidentdən sonra türk ordusuna döyüş həyəcanı siqnalı verilib.

Arqument.az yerli KİV-lərə istinadən xəbər verir ki, Türkiyə sərhədinə yaxın bölgədə PYD və İŞİD arasında gedən şiddətli döyüşlərə görə, Türkiyə silahlı qüvvələrinin sərhədboyu yerləşmiş birliklərinə döyüş həyəcanı siqnalı verilib.

Məlumata görə, türk ordusunun tank birlikləri və artilleriya qoşunlarına Suriyadakı hədəflərə atəş açmaq üçün komandanlıqdan rəsmi icazə verilib.

Arqument.az