Türkiyədə 2 polis şəhid oldu, 2 terrorçu məhv edildi
31-07-2015 13:44 / Bu xəbər 1145 dəfə oxundu
Türkiyənin Adana vilayətində Polis İdarəsinə təşkil edilən hücumda 2 polis məmuru şəhid olub.
Modern.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, qarşıdurmada 2 PKK terrorçusu da ölü olaraq ələ keçirilib.
Bir qrup PKK üzvü Polis İdarəsinin binasına ayrı-ayrı istiqamətlərdən girməyə çalışarkən polislərlə silahlı qarşıdurma yaşanıb.
Qarşıdurmada polis məmurları İsa İpək ilə Serdar Kazar şəhid olub.
Hücumu reallaşdıran iki terrorçu öldürülüb, digər PKK-çılar qaçıb.












