Vasif Talıbovun qardaşı vəzifədən azad edilib
29-12-2022 17:52 / Bu xəbər 824 dəfə oxundu
Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
"Report" xəbər verir ki, M.Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.
Onun yerinə hələlik təyinat yoxdur.
M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.













