Xaricdə azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası - FOTOLAR

Xaricdə azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası  - FOTOLAR

13-06-2015 04:00 / Bu xəbər 1818 dəfə oxundu

Tiflisdə azərbaycanlı fəallar aksiya keçirib

İyunun 12-də Tbilisidə Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası kecirilib. 

Aksiyaya beynəlxalq insan hüquqları təşkilatları dəstək verib. Bu barədə hazırda Tiflisdə yaşayan jurnalist Əfqan Muxtar özünün Facebook səhifəsində məlumat yayıb.
 


Onun sözlərinə görə, aksiyanın Heydər Əliyevin heykəli önündə kecirilməsi nəzərdə tutulsa da, polis bağı mühasirəyə alıb və aksiyanın büstün qarşısında kecirilməsinə imkan verməyib. Aksiya bağın qarşısında baş tutub. Aksiyada azərbaycanlı jurnalistlər və aktivistlər də iştirak edib.

Jurnalistin xəbərinə görə, SOCAR-ın əməkdaşları aksiya zamanı çəkiliş aparıb. Onların üzərində SOCAR-in rəsmi geyimləri olub.
 
***

Almaniyada yaşayan siyasi mühacirlər və gənc fəallar da Azərbaycanın Berlindəki səfirliyi önündə "siyasi məhbuslara azadlıq" şüarı ilə aksiya keçiriblər. Bu barədə aksiya iştirakçısı Həbib Müntəzir məlumat verib. 
 


Onun sözlərinə görə, əllərində hüquq müdafiəçilərinin şəkilləri ilə etiraz aksiyası keçiriblər. Məqsəd hakimiyyəti Avropa Oyunlarından istifadə edib ölkədəki insan haqlarını görməzdən gəlməməyə səsləməkdir. Aksiya insan haqları müdafiəçiləri tərəfindən təşkil olunub.///azadliq.info

***
 
İyunun 12-də bir qrup beynəlxalq hüquq müdafiəçisi də Azərbaycanın Londondakı səfirliyinin qarşısında "İnsan hüquqları üçün idman” kampaniyası çərçivəsində etiraz aksiyası keçirib.

İştirakçılar Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Emin Hüseynov, jurnalist Xədicə İsmayılova və Seymur Həzinin portretləri olan plakatlar tutublar.
 


Fəallar üzərində sözügedən şəxslərə azadlıq tələb edən şüarlar yazılan köynəklər geyiniblər, "Tənqid cinayət deyil!” plakatını qaldırıblar.

Aksiya Avropa Oyunlarının açılışına həsr olunub.

Avropanın digər şəhərlərində də analoji aksiyaların keçirilməsi planlaşdırılır.
 
***

Bundan başqa, Praqa,  San Foça (İtaliya), Varşava, Zaqreb, Barselona, Cenevrə, Kiyev, İstanbul, Oslo və digər şəhərlərdə də siyasi məhbuslara azadlıq tələbi ilə aksiyalar keçirilib. 
 


Arqument.Az