YAP-ın qurultayı: İlham Əliyev sədr, Ramiz Mehdiyev “veteran” oldu
05-03-2021 17:02 / Bu xəbər 1751 dəfə oxundu
YAP Siyasi Şurası ləğv edildi
Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayını keçirib. COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin qaydalarına zidd olaraq qurultay partiyanın qərargahında baş tutub və cəmi 2 saat yarımadək davam edib.
Yalnız YAP sədri, ölkə prezidenti İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub. Qurultaya gələn Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun və mühafizəçisinin maskadan istifadə etməməsi də diqqətdən yayınmayıb.
"Report”un məlumatına görə, partiya sədrinin müavini Əli Əhmədov çıxış edib. Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış ediblər.
Qurultayda YAP-ın hesabatı dinlənilib, yeni Nizamnamə qəbul olunub. Qurultayda 40 nəfərdən ibarət İdarə heyəti formalaşıb. İndiyədək İdarə Heyəti 20 nəfərdən ibarət idi. Yeni İdarə Heyətində yer alan şəxslərin bir qismi bunlardır:
İlham Əliyev
Mehriban Əliyeva
Tahir Mirkişili
Cavid Osmanov
Sadiq Qurbanov
Hikmət Babaoğlu
Elşad Mirbəşiroğlu
Azər Badamov
Şahin İsmayılov
Ramin Məmmədov
Kamal Cəfərov
Əli Əhmədov
Mübariz Qurbanlı
Eldar İbrahimov
Bahar Muradova
Mixail Zabelin
Vasif Talıbov
Yeni formalaşan İdarə heyətindən kənarda qalan şəxslər isə bunlardır:
Hacıbala Abutalıbov - təqaüdçü
Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
Akif Əlizadə - AMEA-nın sabiq prezidenti
Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov - "Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Abel Məhərrəmov – akademik
Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri ("Report.az”)
Qurultayda YAP-ın Siyasi Şurası ləğv olunub, Veteranlar Şurası yaradılıb. Şuranın sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanova olacaq. Ramiz Mehdiyev də Veteranlar Şurasına üzv seçilib.
1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.
Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.












