Yevlax Mərkəzi Xəstəxanasında 73 min manatdan artıq vəsaitin mənimsənilib
03-08-2023 14:05 / Bu xəbər 696 dəfə oxundu
Yevlax Rayon Mərkəzi Xəstəxanasında 73 min manatdan artıq vəsaitin mənimsənildiyi deyilir.
Baş Prokurorluqdan bildirilir ki, xəstəxanada araşdırma vətəndaş müraciəti əsasında başlanılıb.
Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə maddəsilə cinayət işi açılıb: "Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib".
Prokurorluq qeyd edib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.