"Yolumuzdan dönməyəcəyik" - Davudoğlu

28-04-2016 00:27 / Bu xəbər 1290 dəfə oxundu

Bursada baş verən terror aktı ölkəmizə, xalqımıza və hüzurumuza qarşı olan bir hücumdur.

Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.
 
"Bu gün Bursada terror aktı həyata keçirildi. Əlhəmdülillah, ağır yaralanan vətəndaşımız olmadı. Hücumu həyata keçirən terrorçu öldü. Xalqımıza qarşı bir daha iyrənc hücum təşkil edildi. Bu terror hücumları bizi yolumuzdan döndərməyəcək. Harada olursa-olsun, terrora qarşı qəti mövqeyimizi bildirəcəyik”, - Davudoğlu bildirib. (axar.az)

Arqument.Az