Yuşşenko acı etiraf: “Qərb bizi satdı”

Yuşşenko acı etiraf: “Qərb bizi satdı”

21-06-2015 00:37 / Bu xəbər 1168 dəfə oxundu

Qərb Ukraynanı satıb, onu problemləri ilə tək qoydu.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Viktor Yuşşenko çıxış edib.
 
Onun sözlərinə görə, Ukrayna böhranı İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük faciədir:
 
"Mən 1994-cü ildə ABŞ-ın bizim müstəqilliyimizə qarantiya verdiyini xatırlayıram. Ukrayna məhz buna görə özünün nüvə potensialından imtina etdi. Zəmanəti ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya verdilər. Diplomatlar üçün memorandum və razılıqlar Bibliya kimi bir şeydir. Mən təəccüblənirəm ki, dünyanın bu qədər zəif yaddaşı var”.