İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

29-08-2016 18:49 / Bu xəbər 804 dəfə oxundu

Prezident İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. On min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 900,0 (doqquz yüz) min manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

Arqument.Az