Bakıda qətl: həyat yoldaşını və qaynanasını qətlə yetirdi, sonra da yandırdı

Bakıda qətl: həyat yoldaşını və qaynanasını qətlə yetirdi, sonra da yandırdı

17-10-2019 13:11 / Bu xəbər 323 dəfə oxundu

Ötən gün Binəqədi rayonu Alıbəyli küçəsi 22 ünvanında qətl hadisəsi baş verib.

1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Təranə İsmayılova aldığı bıçaq zərbələrindən yerindəcə keçinib. 

Bundan sonra Vaqif Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb və hər iki meyitin üzərinə benzin tökərək yandırıb. 

85 yaşlı Luiza İsmayılova 1 saylı şəhər xəstəxanasına gətirilsə də, onu xilas etmək mümkün olmayıb. 

V. Hüseynov hadisə yerindən qaçarkən "Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. 

O, 1 saylı şəhər xəstəxanasına - "Semaşko"ya yerləşdirilib.

Arqument.Az-a verilən məlumata görə, Təranə İsmayılova Vaqif Hüseynovun ikinci həyat yoldaşı olub. 

Hadisə yerində olan şəxslər bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarınən hadisə yerində araşdırma apardığı bildirilir.