"Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham Əliyev

20-12-2016 01:28 / Bu xəbər 1270 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. 

Qaynarinfo.Az xəbər verir ki, prezidentin başsağlığı məktubunda bildirilir: 

"Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Arqument.Az