Can Dündar "Nobel"ə namizəddir

Can Dündar

29-09-2017 19:26 / Bu xəbər 180 dəfə oxundu

Türkiyənin "Cümhuriyyət" qəzetinin keçmiş baş redaktoru Can Dündar Nobel Sülh Mükafatına namizəd göstərilib.

Toplum Tv-nin xəbərinə görə, bu barədə qəzetin saytı yazır.

Can Dündar 2015-ci ilin noyabrında həbs olunaraq, dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi.

2016-cı ilin fevralında, 92 gün sonra  məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.

Redaktor həmin ilin yayında Almaniyaya qaçıb.

Dünən, sentyabrın 28-i Türkiyənin "Milliyet" qəzetinin yaydığı məlumata görə C.Dündar İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
 
Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub. 

Bundan əvvəl Diyarbəkir Prokurorluğu Can Dündar barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb. 

O, PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.