Cavid Hüseynovla bağlı vəsatət təmin olunmadı

Cavid Hüseynovla bağlı vəsatət təmin olunmadı

27-08-2015 15:18 / Bu xəbər 2096 dəfə oxundu

Səbail Rayon Məhkəməsində "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb.

Arqument.Az "Report"a istinadən yaydığı xəbərə görə, C.Hüseynov məhkəmə zalına gətirilib.

Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.

Arqument.Az