D18 “Cümhuriyyət forumu” keçirdi - FOTOLAR

D18 “Cümhuriyyət forumu” keçirdi - FOTOLAR

04-12-2016 23:54 / Bu xəbər 1288 dəfə oxundu

D18 Hərəkatı Azərbaycan Parlamentinin 98-ci ildönümü ilə əlaqədar "Cümhuriyyət forumu” keçirib. 

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycanda parlamentin yaranmasının 98-ci ildönümü ilə əlaqədar "Cümhuriyyət forumu” keçirilib. 

Arqument.Az xəbər verir ki, D18 Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən tədbirdə siyasi partiya təmsilçiləri, gənclər, keçmiş vicdan məhbusları və jurnalistlər iştirak edib. 

D18 Hərəkatının başqanı Ruslan İzzətli tədbirin məqsədi barədə danışaraq, hakimiyyətin keçirdiyi son referendumun Azərbaycanda Cümhuriyyət dəyərlərinin məhvinə yönəldiyini vurğulayıb. 

R.İzzətli respublikaçılıq dəyərlərinin təbliğinə böyük ehtiyac olduğunu bildirib. 

Daha sonra Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məruzə ilə çıxış edib. 

İsa Qəmbər qeyd edib ki, Azərbaycanda Cümhiriyyət dəyərlərinin məhvinə doğru addımların atılmasına hələ Rusiyanın bolşevik bayrağı altında Azərbaycanı işğal etməsindən başlanılıb.

Tədbirin sonunda İsa Qəmbər gənclərin sualların cavablandırıb.

Arqument.Az