''Döşəyindən balta çıxara bilməsələr, atam martda azad olunmalıdır''

''Döşəyindən balta çıxara bilməsələr, atam martda azad olunmalıdır''

10-01-2019 18:47 / Bu xəbər 713 dəfə oxundu

Yanvarın 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü Məmməd İbrahimə Suraxanı rayon məhkəməsində yenidən hökm oxundu.

Məmməd İbrahim 2015-ci ilin sentyabrın 30-da həbs olunub. 

O, 221.2.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 

Ötən ilin sentyabrında azadlığa çıxmasına 2 gün qalmış barəsində yenidən cinayət işi açılıb. O, həbs yerində qadağan olunmuş əşya saxlamaqda günahlandırılır.

AXCP funksioneri ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.