Gələn il nələr bahalaşacaq? - Bədbin proqnoz

Gələn il nələr bahalaşacaq? - Bədbin proqnoz

25-12-2016 15:09 / Bu xəbər 4062 dəfə oxundu

Gələn ildən avtomobillərin, yaxtaların, şubaların, xəzli paltoların, kürklərin qiyməti bahalaşacaq.

Bu artımı idxal mallarına tətbiq olunacaq aksiz dərəcəsinin qaldırılması şərtləndirəcək.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

İqtisdçı bildirir ki, vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması, idxal olunan xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb edilməsidir:

"Yeni dəyişikliklərə görə, mühərrikin həcmi çox olan avtomobillərdən idxal olunarkən daha çox aksiz vergisi alınacaq. Bu dəyişiklik mühərrikin həcmi 2000 kubsantimetrə qədər olanlara şamil olunmur. Ona görə də həmin avtomobillərin qiymətlərində bahalaşma tempi az olacaq. Əsasən qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olanlarda müşahidə olunacaq və mühərrikin həcmi artdıqca qiymət daha da yüksələcək. Məsələn mühərrikinin həcmi 5000 kubsantimetrdən çox olan avtomobillər üçün gələn ilə qədər 13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat aksiz vergisi ödənilirdisə, gələn ildən belə avtomobillər üçün 31 400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat aksiz vergisi ödənilməlidir". 

Benzinin qiyməti arta bilər

Qubad İbadoğlu bildirir ki, xüsusilə də mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avrtomobillərə aksiz dərəclərinin artırılması düzgündür: "Baxmayaraq ki, aksiz dərəcələrinin qaldırılması qiymət artımına və idxalın azalmasına səbəb olacaq, maşın parkının yeniləşməsinə mənfi təsir göstərəcək, amma bu dəyişikliklər xüsusilə də indiki böhran şəraitində məqbul hesab oluna bilər. 

Burda narahatçılıq doğuran əsas məqam odur ki, bu gün avtomobilin qiymətlərinin bahalaşmasına rəvac verən vergi siyasəti sahah benzinin qiymətinin artırılmasına da əsaslar yarada bilər".

Gələn ildən ölkəyə gətirilən istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də tətbiq olunan aksiz dərəcləri də atırılacaq. İqtisadçı bildirir ki, əgər əvvəllər yaxtaların mühərrikinin həcminin hər kubsantimetrinə görə - 3 manat aksiz vergisi ödənilirdisə, gələn ildən aksiz dərəcəsi 6 manat olacaq.

Gələn ildən şubaların, kürklərin və digər bu tip geyim əşyalarının qiymətləri də bahalaşacaq.///azadliq.org