"Gömrükdə monopoliya var"

15-02-2017 18:00 / Bu xəbər 629 dəfə oxundu

"Belə rəylər var ki, 2016-cı ildə bütün gömrük əməliyyatları leqallaşıb. 2015 və 2016-cı ilin məlumatlarını müqayisə edəndə belə nəticəyə gəlmək olur ki, sən demə, əvvəlki illərdə qeyri-rəsmi idxal yalnız geyim sektoru ilə bağlı olub. Çünki idxalın həcmi əsasən bu sektorda kəskin artıb". 

Bunu feysbukda iqtisadçı ekspert Rövşən Ağayev yazıb. 
Rövşən Ağayev arqument.az ile ilgili görsel sonucu
İqtisadçı Gömrük Komitəsini gerçək hesabat verməməkdə suçlayıb: "Məsələn, Statkomun məlumatına görə, kənd təsərrüfat və hazır ərzaq məhsullarının idxalı 2015-ci ildə 1.366 mlrd. USD olmuşdu, 2016-cı ildə 1.577 mlrd. USD olub. Artım təxminən 210 mln. USD (15.3%) olub. Amma geyim sektoru (toxuculuq məmulatları, ayaqqabı, baş geyimləri və s.) üzrə idxal 2015-ci ildə 99.2 mln. USD göstərilmişdi, 2016-cı ildə 417.2 mln. USD göstərilib. Artım 300 mln. USD-dən çoxdur (təxminən 4 dəfə). Elə geyim növləri var ki, idxalında 100 dəfə artım görünür. Amma bilinmir bu leqallaşmanın nəticəsidir, ya idxalın həcmi genişlənib. Hər halda indiyədək gömrük sistemində baş verən gerçək proseslərlə bağlı müstəqil bir hesabat yoxdur".

Bəs doğurdanmı, idxal ilə bağlı rəqəmlər tələbə uyğun dəyişir, yoxsa inhisarçılığın aradan qaldırılmasında başqa məqamlar var?

İqtisadçı ekspert Qalib Toğrul Toplum.Tv-yə olan açıqlamasında bildirib ki, geyim məhsullarının idxalının artımı, idxala qoyulan inhisarın götürülməsi ilə bağlıdır.
 
Qalib Toğrul: "İnhisarçılıq tam aradan qaldırılmayıb"
Qalib Toğrul ile ilgili görsel sonucu
Onun sözlərinə görə, digər məhsullarda idxalın artmaması suallar yaradır: "İkinci növbədə onunla bağlıdır ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Gömrükdə isə inhisarçılıq hələ tam aradan qaldırılmayıb. Müəyyən şirkətlərə münasibətdə yenə də monopoliya davam edir. Azərbaycan bazarında daha çox istehlak olunan ərzaq mallarının əsas idxalçısı "Azərsun"dur. Bazar payının 30 35 %-indən daha çoxdur. Buna baxmayaraq, "Azərsun"a münasibətdə hər hansı bir tədbir həyata keçirilmir. Onsuz da geyimlə bağlı da kiçik sahibkarlarla söhbət edirəm. Onların da dediklərinə görə, bu sahədə belə müəyyən problemlər qalmaqdadır. O sahələrdə də bəzi yayınmalar var. Yəni gömrükdəki problemlər tam aradan qaldırılmayıb”.
 
Sahibkar: "Monopoliya aradan qaldırılıb"

Sahibkar Bəxtiyar Abdullayev isə bildirib ki, gömrükdə monopoliya aradan qaldırılıb: "Biznes sahəsində olan bir adam kimi deyə bilərəm ki, gömrükdən monopoliya götürülüb. Sadəcə, bəzi malların az gəlməsi təlabatdan asılıdır. Digər tərəfdən də böhranla əlaqədardır. Əhali kasıblaşır, zəif biznesmenlər də sıradan çıxır”.
 
Vahid Əhmədov: "Geyimə tələbatın artması normaldır"
Vahid Əhmədov ile ilgili görsel sonucu
Milli Məclisin deputatı Vahid Əhmədov isə qeyd edib ki, geyim məhsullarına tələbatın artması normaldır: "Azərbaycanda geyim məhsulları istehsal edən zavodlar yoxdur. Amma ərzaqla əlaqədar məhsulların idxalı ilə bağlı iqtisadi göstəriş var ki, idxala çox diqqət yetirilsin. Azərbaycanda ərzaq məhsullarını idxala asılılıqdan azad etmək lazımdır. Ona görə də bu məhsulların idxalı az olmalıdır”.

Mövzu ilə Dövlət Gömrük Komitəsinin rəsmi şəxslərinin mövqeyini öyrənmək mümkün olmadı. 

Gülzar N. Məmmədli