Heydər Camalın oğlu öldürülüb

Heydər Camalın oğlu öldürülüb

01-08-2018 14:48 / Bu xəbər 679 dəfə oxundu

Üç rusiyalının Mərkəzi Afrika Respublikasında qətlə yetirildiyi deyilir

İyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusiyalının öldürüldüyü deyilir. 

Bu barədə Rusiyanın "Dojd” telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, bunlar jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkodur.

Orxan Camal Rusiya islam cəmiyyətinin fəalı Heydər Camalın oğludur.

Qətlə yetirilmiş şəxslərin üstündən "İzvestiya” qəzetinin vəsiqələrinin tapıldığı bildirilir.

Rusiya səfirliyindən verilən məlumata görə öldürülənlərin meyitləri yerli xəstəxanaya gətirilib.

Rusiyalıların böyük bir ehtimalla qarət məqsədi ilə qətlə yetirildiyi deyilir.

Məlumata görə, hücum Sibyu şəhərinin 20 kilometrliyində, magistral şose yolunda baş verib.

"Ouest-France” qəzeti bildirir ki, bu məntəqədə Rusiyanın hərbi müşavirləri MAR ordusu hərbçilərinə təlim keçirlər.

"İzvestiya” qəzeti əməkdaşlarından heç birinin MAR ərazisində olmadığını bildirib.

Azadlıq Radiosu yazır ki, bəzi məlumatlara görə qətlə yetirilən üçlük "Mərkəzi Afrikadakı Rusiya muzdluları” haqqında film çəkirdilər.