Hökumətdə və müxalifətdə orta yaş həddi... - Kimdir qoca? - ARAŞDIRMA

Hökumətdə və müxalifətdə orta yaş həddi... - Kimdir qoca? - ARAŞDIRMA

10-08-2017 23:13 / Bu xəbər 2142 dəfə oxundu

Milli Məclisin İctimai birliklər və dini qurumlar üzrə komitə sədri, eyni zamanda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Siyavuş Novruzov Trend-ə verdiyi müsahibəsində işlətdiyi "Azərbaycanda müxalifət qocalıb” ifadəsi sosial mediada müzakirə obyekti olub. 

Toplum Tv bu müzakirələrdə həqiqətin harada olduğunu müəyyən etmək məqsədi ilə bir araşdırma aparıb. Araşdırmanın nəticəsi təqdim edilir. 

Hazırda Siyavuş Novruzovun da təmsil olunduğu siyasi partiyanın formalaşdırdığı hökumətin üst eşalonu Nazirlər Kabinetinin  tərkibi aşağıdakı şəxslərdən formalaşır və onların yaş ortalaması 71-dir.

Artur Rasizadə –Baş nazir, Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov, İsmət Abbasov – Baş nazirin müavinləri. 

Azərbaycan Respublikası Nazirliklərinin və Komitə sədrlərinin siyahısı aşağıdakı şəxslərdən formalaşır və onların ortalama yaşı  57-dir.

Elmar Məmmədyarov - xarici işlər naziri, Ramil Usubov - daxili işlər naziri, Zakir Həsənov - müdafiə naziri, Fikrət Məmmədov - ədliyyə naziri, Yavər Camalov - müdafiə sənayesi naziri, Samir Şərifov - maliyyə naziri, Fazil Məmmədov - vergilər naziri, Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri, Kəmaləddin Heydərov - fövqəladə hallar naziri, Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri, Heydər Əsədov - kənd təsərrüfatı naziri, Əbülfəz Qarayev - mədəniyyət və turizm naziri, Mikayıl Cabbarov l - təhsil naziri, Oqtay Şirəliyev - səhiyyə naziri, Ramin Quluzadə - nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - energetika naziri, Azad Rəhimov - gənclər və idman naziri, Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri, Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri, Abbas Ələsgərov - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Nazim İbrahimov - Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Ramiz Həsənov - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Kərəm Həsənov - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Qüdrət Qurbanov - Dövlət Dəniz Administrasiyasının rəisi, Arif Məmmədov - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru, Mədət Qəzənfər - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Firudin Nəbiyev - Dövlət Miqrasiya Xidmətinin rəisi, Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Ataxan Paşayev - Milli Arxiv İdarəsinin rəisi, Arzu Rəhimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi.

Azərbaycan Parlamentinin mütləq çoxluğunun siyasi mənsubiyyəti Yeni Azərbaycan Partiyası (YAP) üzvlərindən formalaşır və əsasən bütün komitə sədrləri bu partiyanın üzvü və ya dəstəkçiləridir. 

Milli Məclisin Komitə sədrlərinin ortalama yaşı  62-dir. 

Oqtay Əsəsdov – Milli Məclisin sədri, Əli Hüseynli- Hüquq və dövlət quruculuğu komitəsi, Ziyafət  Əsgərov - Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi, Bahar Muradova - İnsan hüquqları, Valeh Ələsgərov - Təbii ehtiyatlar, energetika və ekologiya, Ziyad  Səmədzadə - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Eldar İbrahimov - Aqrar siyasət, Hadi  Rəcəbli - Əmək və sosial siyasət, Əhliman Əmiraslanov - Əmək və sosial siyasət, Aqiyə Naxçıvanlı - Ailə, qadın və uşaq məsələləri komitəsi, Fuad  Muradov - Gənclər və İdman Komitəsi, Siyavuş Novruzov - İctimai Birliklər və Dini Qurumlar Komitəsi, Arif  Rəhimzadə - Reqional Məsələlər üzrə Komitə, İsa Həbibbəyli- Elm və Təhsil Komitəsi, Rafael Hüseynov - Mədəniyyət Komitəsi, Səməd Seyidov - Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi.

S.Novruzovun qoca kimi təqdim etdiyi müxalifətin əsas siyasi eşalonu da araşdırmaya mövzu oldu. 

Müsavat Partiyası Divanının üzvlərinin sayı 15 nəfərdir və  onların ortalama yaşı 49-dur.

Arif Hacılı, Nüşabə Sadıqlı, Nailə Yaqublu, Elman Fəttah, Yadigar Sadıqov, Tofiq Yaqublu, Vəfa Cümşüdlü, Osman Kazımov, Nemət Kərimli, Razim Əmraslanlı, Səxavət Soltanlı, Başxanım Abbasova, Rafiq İsmayıl, Gülağa Aslanlı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti 24 nəfərdən ibarətdir və onların ortalama yaşı 51-dir.

Əli Kərimli, Nurəddin Məmmədli, İradə Nəriman, Eldar Hüseynov, Gözəl Bayramlı, Səadət Cahangir, Məşhədi Vaqif, Məhəmməd Talıblı, Nemət Əliyev, İlham Hüseyn, Vahid Məhərrəmov, Seymur Həzi, Asif Yusifli, Məhəmməd İbrahim, Məhəmməd Məcidli, Emil Səlimov, Ali Rza, Natiq Ədilov, Aqil Məhərrəmov, Elmira Muradəliyeva, İlham Hüseyn, Fuad Qəhrəman, Aqil Ali Məhərrəm, Kamal Nərimanoğlu.

Respublikaçı Alternativ Hərakatının İdarə Heyəti 9 nəfərdən ibarətdir və ortalama yaşları 43-dür.

İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Zöhrab İsmayıl, Rəsul Cəfərov, Altay Göyüşov, Cəsur Sümərinli, Xalid Bağırov, Azər Qasımlı.