İlham Əliyev İstanbuldadır (VİDEO, FOTO)

İlham Əliyev İstanbuldadır (VİDEO, FOTO)

22-05-2016 21:28 / Bu xəbər 622 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev Dünya İnsani Zirvəsində iştirak etmək üçün Türkiyəyə səfər edib. 

Musavat.com "Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbula gedən prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Atatürk hava limanında Avropa Birliyi nazirinin müavini Əli Şahin, İstanbul valisi Vasip Şahin, Hava hərb məktəbi komandanı Fethi Alpay və digər rəsmi şəxslər qarsalayıblar. 

Qeyd edək ki, Dünya İnsani Zirvəsi mayın 23-24-də İstanbulda keçiriləcək. Sammitdə bir sıra ölkələrin liderləri, o cümlədən, BMT-nin baş katibi Pan Gi Mun iştirak edəcəklər.