Milli Mətbuat Günü - 143

Milli Mətbuat Günü - 143

22-07-2018 11:16 / Bu xəbər 2107 dəfə oxundu

Azərbaycanda tənqidi saytlar bloklanıb

Bu gün, iyulun 22-də Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.

1875-ci ilin bugünü maarifçi Həsən bəy Zərdabi "Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

Sonrakı illərdə Azərbaycanda "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirib.

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda qəzetlər dərc olunub. 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv edilib.

Hazırda ölkədə 5 mindən çox nəşr var. Onların böyük əksəriyyəti hökumətin nəzarəti altındadır. Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanda tənqidi səslərin boğulduğuna diqqət çəkiblər. Bunun nəticəsi olaraq bu gün Azadliq Radiosuna, Meydan TV-yə, "Azadliq” qəzetinə, "bastainfo.com”, "criminal.az” və digər saytlara blok qoyulub. Meydan TV ilə əməkdaşlıq edən jurnalstlərin ölkədən çıxışı qadağan edilib.

Jurnaslitlər Seymur Həzi, Əfqan Muxtarlı, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov həbsdədirlər.