Müsavat yanvarın 31-də yürüş-mitinq keçirəcək

Müsavat yanvarın 31-də yürüş-mitinq keçirəcək

29-01-2018 16:29 / Bu xəbər 413 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Müsavat Partiyasının mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda Məclis sədri Nüşabə Sadıxlı Məclisin son sessiyası barədə məlumat verib. 

Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə çıxış edib.

Divanda 2018-ci ilin Prezident seçkilərinə Müsavat Partiyasından namizəd İsa Qəmbərin seçki qərargahının tərkibi təsdiq edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı son həftə keçirilən siyasi proseslər, Əlikram Xurşidovun, Gözəl Bayramlının məhkəmə prosesləri barədə məlumat verib və bir daha hakimiyyətdən siyasi baxışlara görə insanların təqib edilməsinə və həbslərə son qoyulması tələb edilib.

31 yanvar 2018-ci il tarixdə saat 12:00-da Novxanı kəndində Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə onun abidəsi qarşısında keçiriləcək yürüş-mitinqə hazırlıq məsələsi müzakirə edilib.

İclasda Cümhuriyyətin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə müvafiq tapşırıqlar verilib.