''MTN mənə 1 milyondan artıq ziyan vurub''

''MTN mənə 1 milyondan artıq ziyan vurub''

22-09-2017 12:37 / Bu xəbər 1078 dəfə oxundu

Biznesmen Vidadi Əziz keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ona 1 milyon 39 min dollar ziyan vurduğunu deyir. 

Vəkili Fəxrəddin Məmmədov açıqlayır ki, 2012-ci ildə ölkə başçısı İlham Əliyevin xaricdə bizneslə məşğul olan sahibkarları Azərbaycana yatırım etməyə səsləyən çıxışından sonra o, biznesini Dubaydan Bakıya daşımaq qərarı ilə vətənə dönüb. Ancaq aprelin 7-də "Zamin bank"dakı hesabından 1 milyon dollar çıxarandan sonra onu mtn əməkdaşları saxlayıb.

Vəkil bildirir ki, əməliyyata nazirliyin Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov rəhbərlik edib. Vidadi Əziz MTN-də 8-9 saat dindirilib, üstəlik 715 min dollarına da əl qoyublar.

Həbsdə olan MTN polkovniki, nazirliyin Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov 2017-ci ildə 4 il azadlıqdan məhrum edilib. 

Onlarsa polkovnik Mirəziz Əsgərova qarşı 182 (hədə-qorxu ilə tələb etmə), 311 (rüşvət alma), 341-ci (hakimiyyətdən sui-istifadə) maddələri ilə təqsirli bilindiyi halda keçmiş polkovnikə çox aşağı cəza verildiyini deyirlər.