Obamadan Putinə xəbərdarlıq

Obamadan Putinə xəbərdarlıq

21-09-2016 00:35 / Bu xəbər 1646 dəfə oxundu

"Rusiya qonşu dövlətlərin işinə qarışmasın"

ABŞ prezidenti Barak Obama xarici siyasətin keçirilməsi üzrə Rusiyaya məsləhət verib.

Obama bu fikirləri BMT Baş Assambleyasındakı çıxışında edib. 

ABŞ prezidenti deyib: "İmperiyalar dövrü keçmişdə qaldı, amma Rusiya gücün köməyi ilə keçmiş böyüklüyünü bərpa etməyə çalışır. Qonşularının işlərinə Rusiyanın müdaxiləsi ölkənin daxilində populyar ola, millətçilik odunu dəstəkləyə bilər, amma zamanla bu yalnız onun sərhədlərini zəiflədəcək və təhlükəsizliyin səviyyəsini azaldacaq".

Ən maraqlısı odur ki, ABŞ prezidenti bəyanatını əsaslandıracaq heç bir təfərrüat, yaxud hansısa arqument bildirməyib.

Arqument.Az