Rəsmi: Azərbaycanda iki nəfər koronavirusdan həyatını itirdi

Rəsmi: Azərbaycanda iki nəfər koronavirusdan həyatını itirdi

05-04-2020 21:35 / Bu xəbər 876 dəfə oxundu

Ölənlərdən biri 89, digərinin 64 yaşı olub

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 1931-ci il təvəllüdlü Azərbaycan vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

"Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”, - deyə məlumatda qeyd olunub.

Operativ Qərargahın məlumatına görə, ölkə ərazisində indiyədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.