Arif Hacılının oğlu saxlanıldı

Arif Hacılının oğlu saxlanıldı

31-10-2023 23:20 / Bu xəbər 1172 dəfə oxundu

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb.

Bu barədə məlumatı Arif Hacılı feysbuk hesabında yazıb: "Oğlumu həbs etdilər. Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni "zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb". 

"Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür. Bir dəfə də demişəm. Mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladlarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır", - deyə o bildirib.