Arif Hacılı saxlanılıb
12-11-2019 15:20 / Bu xəbər 1295 dəfə oxundu
Həyat yoldaşı: "Partiya qərargahına gedərkən polislər saxlayıb”
Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 12-də 8-ci mikrorayon ərazisində saxlanılıb.
Bu barədə Meydan TV-yə Arif Hacılının həyat yoldaşı Nəzakət Hacılı danışıb.
Nəzakət Hacılı bildirib ki, Arif Hacılı partiya qərargahına gedərkən 8-ci mikrorayon ərazisində 10-dan çox polis tərəfindən saxlanılıb: "Mənə özü zəng edib dedi ki, onu saxlayıblar və polis bölməsinə aparırlar. Ancaq hansı bölməyə apardığını deyə bilmədi”.
Bu gün Müsavat Partiyasının 10-dan çox üzvü 12 noyabr aksiyasına görə saxlanılıb.
Partiya noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.