Avropa İttifaqı Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırır
14-01-2023 00:30 / Bu xəbər 833 dəfə oxundu
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stanonun yanvarın 13-də bəyanat siyasi məhbuslarla bağlı yayıb.
"Avropa İttifaqı hüquq müdafiəçiləri və siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin uzadılmasından narahatdır", - deyə o bildirib.
"Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiyinə görə həbsdə olanları azad etməyə və Elçin Sadıqova qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırırıq. Aİ Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə və demokratik islahatları təşviq etməyə sadiqdir”.












