Azərbaycan xaricdən 5 milyard ABŞ dolları borc almaq istəyir
23-05-2024 12:31 / Bu xəbər 711 dəfə oxundu
Azərbaycanın xarici dövlət borcunun 5 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bu il aprelin 1-nə ölkənin xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub.