“Fetal Mərkəz NS Genetics” cərimələnə bilər

“Fetal Mərkəz NS Genetics” cərimələnə bilər

11-06-2024 00:42 / Bu xəbər 686 dəfə oxundu

"Fetal Mərkəz NS Genetics” klinikasına əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə  qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Arqument.az xəbər verir ki, işə 20.06.2024-cü il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. 

Klinikanın qanuni təmsilçisi Eldəniz Daşdəmirov Mübariz oğludur.