Azərbaycanda koronavirus: 1429 yeni yoluxma

Azərbaycanda koronavirus: 1429 yeni yoluxma

25-03-2021 16:08 / Bu xəbər 632 dəfə oxundu

17 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda son sutkada koronavirusa 1 429 nəfər yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 548 nəfər müalicə olunaraq sağalıb, 17 nəfər isə vəfat edib.

Qərargahın məlumatına görə, Azərbaycanda ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir".

Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 testin aparıldığı açıqlanıb.