Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı - DEVALVASİYA CAN ALDI

Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı - DEVALVASİYA CAN ALDI

22-01-2016 14:41 / Bu xəbər 2597 dəfə oxundu

Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb.

Ağdaş Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, rayonun Qolqəti kənd sakini 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev özünü yaşadığı evin həyətindəki çardaqdan özünü kəndirlə asıb. Asılı meyiti səhər saatlarında onun valideynləri aşkar ediblər. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Prokuroluqdan bildirdilər ki, ilkin ehtimala əsasən 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır. Yaxınlarının sözlərinə görə, Taleh uzun müddətdir ki, işsizlikdən şikayətlənirmiş.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.