Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar

26-11-2015 11:25 / Bu xəbər 2887 dəfə oxundu

Bu gün səhər saat 10 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında 20-23 yaşlarında bir gəncin halı qəfildən pisləşib.

Trend xəbər verir ki, sərnişinlərin köməyi ilə stansiyaya çıxarılan gəncin burnundan qan açılıb. 

Sərnişinlər və stansiya bələdçisi tərəfindən gəncə ilk tibbi yardım göstərilib.

Arqument.Az