Azərbaycanın məşhur çay satıcısının külli miqdarda borcu var

Azərbaycanın məşhur çay satıcısının külli miqdarda borcu var

12-01-2024 23:15 / Bu xəbər 895 dəfə oxundu

"Saro çayları"nın satışı ilə məşğul olan "Saro Tea" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borc yaranıb. 

"Qaynarinfo"nun məlumatına görə, qanuni təmsilçisi Yaqubov Murad Əvəz oğlu olan "Saro Tea" MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 51570.65 manat vergi borcu var.

Artıq sözügedən borcun ödənilməsi üçün "Saro Tea" MMC-yə bildiriş göndərilib, əks halda şirkətin qanuni təmsilçisi Murad Yaqubovun ölkədən çıxışına "stop" qoyulacağı deyilir.

Bu arada "Saro Tea" MMC-də maliyyə mənimsəməsinə görə Cahangirov İlkinur İlkin oğlu saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə)  maddəsi ilə cinayət işi açılıb. 

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.