"Azərsığorta” ləğv edildi

31-01-2024 18:38 / Bu xəbər 807 dəfə oxundu

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və "Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, "Azərsığorta" ləğv edilib.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Azərsığorta" 2022-ci ili 10,453 milyon manat zərərlə başa vurub. 

Bu, 2021-ci illə müqayisədə 26,9% azdır.

2023-cü il yanvarın 1-nə "Azərsığorta”nın aktivləri 17,298 milyon manat olub ki, bu da illik müqayisədə 64,8 % azdır. 

Hesabat dövründə şirkətin öhdəlikləri 46 % azalaraq 24,509 milyon manata düşüb, 3,784 milyon manatlıq balans kapitalı isə 7,21 milyon manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

"Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. 

Onun nizamnamə kapitalı 9 milyon manatdır.