BMT-nin baş katibi: "Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir"

BMT-nin baş katibi:

08-11-2023 13:40 / Bu xəbər 1637 dəfə oxundu

BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir. 

"Əl-Cəzirə” telekanalı xəbər verir ki, Quterreş noyabrın 6-da jurnalistlər üçün keçirdiyi brifinqdə Qəzza zolağında "hər gün yüzlərlə qız və oğlanın öldürüldüyü və yaralandığını" bildirib. 

O həmçinin vurğulayıb ki, HƏMAS və İsrail arasındakı münaqişə dövründə son üç onillikdə baş verən hər hansı münaqişədən daha çox jurnalist öldürülüb. 

Quterreş eləcə də münaqişədə 89 BMT əməkdaşının öldürüldüyünü qeyd edib. 

Onun sözlərinə görə, ölənlər arasında müəllimlər, məktəb direktorları, həkimlər, mühəndislər, mühafizəçilər, yardımçı heyət var.