Britaniyada bir gündə koronavirusdan ölənlərin sayı: 412 nəfər

Britaniyada bir gündə koronavirusdan ölənlərin sayı: 412 nəfər

28-05-2020 00:54 / Bu xəbər 1423 dəfə oxundu

Böyük Britaniyada son sutkada koronavirusdan yüzlərlə insan ölüb.

Bu barədə "Report" ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub. 

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.