Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

01-11-2023 13:55 / Bu xəbər 1014 dəfə oxundu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə "Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərəcək. 

Bu barədə məlumatı agentlik yayıb. 

Bildirilir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib. 

"Xaliq Faiqoğlu” şirkətindən isə bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. 

Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.

Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.