Deputat kəndlilərin istifadə etdiyi suya qan axıdır

Deputat kəndlilərin istifadə etdiyi suya qan axıdır

28-09-2016 00:40 / Bu xəbər 1261 dəfə oxundu

24saat.org saytının elektron ünvanına olduqca maraqlı görüntüləri əks etdirən material daxil olub. 

Həmin görüntülərdə Lerik rayonundan Milli Məclisə mandat əldə etməyi bacaran İqbal Məmmədova məxsus olduğu iddia edilən "Lebro” Broyler tərəfindən Piran kəndi sakinlərinin gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanın axıdılması əksini tapıb.

Kadrlarda daha sonra ölmüş toyuqların basdırılmadan kənd ərazisinə atılması kimi heç də xoş olmayan mənzərəyə də rast gəlinir.

Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub.

1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.
Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.

1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan "Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.

Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi” medalı ilə təltif edilib.

2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən deputat olaraq seçilmişdir.