"Ermənistanın 170 əsgəri məhv edildi, 12 texnikası sıradan çıxdı"

04-04-2016 16:43 / Bu xəbər 1764 dəfə oxundu

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır.

Musavat.com-un verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Verilən məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. 

Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.
 
Arqument.Az