DİN: "Bakıda restoranda toy edən 40 nəfər cərimələnib"

DİN:

11-04-2021 23:25 / Bu xəbər 1266 dəfə oxundu

Daxili İşlər Nazirliyi (DİN) Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında toy mərasimində iştirak edən şəxslərin cərimələndiyini açıqlayıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Bildirilir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, obyektin sahibi Ziya Nuriyev insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasiminin qarşısını almayıb.

"Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib.Ümumilikdə toyun keçiriməsində iştirak edən şəxslər 8000 manat məbləğində cərimələniblər", - DİN-in məlumatdan qeyd olunur.