Eldar Mahmudov Azər Tağıyevdən nə qədər pul alıb?

Eldar Mahmudov Azər Tağıyevdən nə qədər pul alıb?

13-07-2016 01:51 / Bu xəbər 1295 dəfə oxundu

MTN şefi Vəkillər Kollegiyasının sədrindən də xərac alırmış; şantaja məruz qalan Azər Tağıyevin keçmiş MTN şefinə 700 min manat verdiyi bildirilir...

Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun ayrı-ayrı imkanlı adamlardan şantaj, hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməsi faktları açılmaqdadır. Demək olar ki, hər gün Azərbaycan vətəndaşları MTN-nin daha bir dəhşətli əmələrinin üzə çıxmasının şahidi olur.

Bu arada gununsesi.info saytına Eldar Mahmudovun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs barəsində rezonans doğura biləcək bilgi daxil olub. Bu, Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir. Belə ki, kollegiya sədrinin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-nin Anti -Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıb. Məlumatda o da bildirilirki, Azər Tağıyev pulun bir hissəsini kollegiyanın hesabından çıxarıb.

Məlumatla bağlı Azər Tağıyevin mövqeyini öyrənmək mümkün olmayıb. Kollegiya sədri sualı köməkçisi vasitəsilə dinlədikdən sonra cavab verməkdən imtina edib.

Vəkillər Kollegiyası sədrinin müavini Aydın Axundov isə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib: "Mən sizin sorğunuzla bağlı Azər müəllimin özündən də soruşdum. O, belə bir hal olmadığını dedi. Görünür, kimlərsə, Azər müəllim barəsində bu cür yalan məlumat yayırlar”.///gununsesi.info

Arqument.Az