Eldar Mahmudovun halı pisləşdi - TƏCİLİ

Eldar Mahmudovun halı pisləşdi - TƏCİLİ

16-06-2016 01:03 / Bu xəbər 1922 dəfə oxundu

Hər gün həbs olunmaq qorxusu altında yaşayan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun  yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Bu axşam sabiq nazirin qəfil ürəktutması baş verib, nəbzi yüksəlib. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşı deyil.

Yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışır: "Onu tanıyanlar bilir ki, o hər zaman içkiyə meyilli adam olub. Son zamanlar isə içkinin sayını çoxaldıb. Demək olar ki, hər gün spirtli içki  içir.  Bu da onun səhhətində ciddi fəsadlar verir”.

Onu da qeyd edək ki, Eldar Mahmudov hələ bir neçə ay əvvəl dindirməyə aparılarkən maşında səhhəti pisləşmişdi. Onun ürəyində ciddi problemin olduğu deyilir.///azadliq.info

Arqument.Az