Ərdoğanla Putin arasında qarşılıqlı ittihamlar

Ərdoğanla Putin arasında qarşılıqlı ittihamlar

01-12-2015 01:22 / Bu xəbər 2367 dəfə oxundu

Rusiya prezidenti Putin qatıldığı Dünya İqlim Konfransında Türkiyəyə qarşı ağır ittihamlar səsləndirib. Putin Parisdən ayrılmadan əvvəl Türkiyə və vurulan təyyarə haqqda yeni açıqlamalar verib:

"Əlimizdə yeni dəlillər var. Məsələ, Suriyadakı türkmənləri müdafiə deyil. Türkmənlər bir bəhanədir. Bir daha əmin oluruq ki, təyyarəmizi Suriyadan İŞİD vasitəsi ilə Türkiyəyə neft satışını təmin etmək üçün vurdular. Son günlər əmri Ərdoğanın vermədiyini deyirlər. Bizim üçün bunun artıq heç bir əhəmiyyəti yoxdur”,- deyə Putin bildirib.

Hazırda Parisdə olan Türkiyə prezidenti Ərdoğan isə çox gözləməyib, Putinin ittihamlarına belə cavab verib:

"İŞİD-dən neft alan şəxslərdən birinin Rusiya vətəndaşı olduğu,  Amerika Xəzinə Nazirliyi tərəfindən təsdiqləndi. Əvvəlcə buna aydınlıq gətirsinlər. Böhtanlar keçməz. Bu iddialar sübuta yetirilsə, vəzifəndən getməyə hazıram. Amma bunu sübuta yetirə bilməyən Putin vəzifəsindən gedəcəkmi?”///azadlıq.info

 

Arqument.Az