Ermənistan MDB-nin Moskvadakı iclasında iştirak etməyəcək

Ermənistan MDB-nin Moskvadakı iclasında iştirak etməyəcək

07-11-2023 14:15 / Bu xəbər 1331 dəfə oxundu

Qriqoryanın səfərdən imtinasının səbəbi açıqlanmayıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 8-də MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan "Armenpress”ə bildirib.

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiyanın paytaxtında keçiriləcək növbəti iclasında iştirak etməyəcək”, – deyə Tatevik Petrosyan bildirib.

Tatevik Petrosyan Ermənistan Təhlükəsizlik Şurasının katibinin səfərdən imtinasının səbəbini izah etməyib.

Rəsmi Yerevanın Moskva görüşündən imtinası ilk deyil.

2023-cü ilin martında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından da imtina etmişdi.

Yanvarın əvvəlində Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin "Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

2022-ci ilin dekabrında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sergey Lavrovun təşəbbüsü ilə keçirilən görüşdən imtina etmişdi.

S.Lavrov R.Mirzoyanın imtinasını "fürsətlərin qaçırılması” adlandırmışdı.