Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb

Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb

22-02-2024 13:04 / Bu xəbər 440 dəfə oxundu

"Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay - martın 27-dək uzadılıb. 

Bu qərarı dünən Səbail Rayon Məhkəməsi qəbul edib. 

Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov bildirib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və apellyasiya şikayəti vermək niyyətindədir.

"Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir", - vəkil deyib.

***

 Orucov ötən il noyabrın 27-də saxlanılıb və 188.2-ci  maddə (qanunsuz tikinti) ilə ittiham edilib. Növbəti gün məhkəmə onu üç ay müddətinə həbs edib.

Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. 

Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir.

Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.