İran mediası Xameneyinin Tehranda HƏMAS-ın lideri ilə görüşünü təsdiqləyib

İran mediası Xameneyinin Tehranda HƏMAS-ın lideri ilə görüşünü təsdiqləyib

05-11-2023 22:09 / Bu xəbər 1468 dəfə oxundu

İran dövlət mediasının verdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranın dəstəklədiyi HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə ilə Tehranda görüşüb.

İranın dövlət mediası bildirib ki, 2019-cu ildən Qətər və Türkiyədə yaşayan Haniyə "Qəzza zolağındakı son hadisələr və sionist rejimin Qəzzada törətdiyi cinayətlər, eləcə də İordan çayının qərb sahilindəki hadisələr haqqında Xamneyiyə məlumat verib".

İslam Respublikası HƏMAS-ı dəstəklədiyini, lakin ötən ay yaraqlıların İsrailə qəfil hücumunda heç bir rol oynamadığını deyir.

İranın dövlət televiziyası bildirib: "Ayətullah Xameneyi Qəzzə xalqının dəyanət və dözümlülüyünü tərifləyib və Vaşinqton və bəzi Qərb dövlətləri tərəfindən birbaşa dəstəklənən sionist rejimin cinayətlərinə görə çox təəssüfləndiyini bildirib".

İranın "Tasnim” xəbər agentliyi görüşün nə vaxt keçirildiyini açıqlamadan bildirib ki, Xameneyi "Tehranın sionist işğalçılara qarşı Fələstin müqavimət qüvvələrini dəstəkləmək üzrə ardıcıl siyasətini vurğulayıb".

İranın ruhani idarəsi tanımaqdan imtina etdiyi İsrailə Qəzza zolağına hücumların davam edəcəyi təqdirdə "ağır nəticələrlə" bağlı xəbərdarlıq edib.