İşdən çıxarılan polkovnik-leytenant nazirliyi məhkəməyə verib

İşdən çıxarılan polkovnik-leytenant nazirliyi məhkəməyə verib

22-12-2023 15:32 / Bu xəbər 1197 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin keçmiş əməkdaşı, polkovnik-leytenant Rəşad Feyzullayev nazirliyi məhkəməyə verib. 

Rəşad Feyzullayevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Mehriban Qarayeva iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Məhkəmə prosesinin vaxtı müəyyənləşməyib. 

Ehtimal olunur ki, Rəşad Feyzullayev işdən çıxarılmasını əsassız hesab edir. Bu baxımdan, məhkəməyə müraciət edib. 

Rəşad Feyzullayev ötən il işdən azad edilib.