İsrail "Hizbullah"ın komanda mərkəzinə hava zərbələri endirdi

İsrail

05-02-2024 15:13 / Bu xəbər 778 dəfə oxundu

Fevralın 4-də İsral ordusu Livanın İsraillə sərhəd yaxınlığındakı Yarun şəhərində "Hizbullah”ın komanda mərkəzinə və hərbi düşərgəsinə havadan raket zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında belə bir məlumat yayılıb.

Bildirilir ki, İsrail hərbçiləri qruplaşmanın Marun ər-Ras şəhərindəki müşahidə məntəqəsinə də zərbələr endirib.
 
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlıları İsrailin cənubuna və mərkəzinə hücum edərək minlərlə raket və mərmi atıblar. 

Livanın "Hizbullah” qruplaşması hücumu dəstəkləyib, bu da öz növbəsində İsrail-Livan sərhədində tərəflər arasında gündəlik qarşıdurmalara səbəb olub.