Jurnalistlər üçün inşa edilmiş 3-cü bina ilə bağlı rəsmi açıqlama

Jurnalistlər üçün inşa edilmiş 3-cü bina ilə bağlı rəsmi açıqlama

25-08-2023 18:02 / Bu xəbər 1406 dəfə oxundu

Jurnalistlər üçün inşa edilmiş 3-cü binanın taleyinə aydınlıq gətirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz "Facebook" hesabında açıqlama verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ildə inşa olunan binanın şəhid ailələrinə veriləcəyini açıqlayıb.

"Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni "Salyan yolu, ev 20" ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - deyə Fazil Talıbov qeyd edib.

Jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 

256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.